Valyuta məzənnəsi
Xəbər lentİ

Mahir Emreli Xorvatiya klubuna transfer olunub

10:46, 03.02.22
azerbaycan, idman
Mahir Emreli Xorvatiya klubuna transfer olunub

Futbolçu Mahir Emreli “Dinamo Zaqreb” klubuna transfer olunub.

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo Zaqreb” klubuna transfer olunub.

Xeberpress.az klubun rəsmi İnstagram səhifəsinə istinadla xəbər verir ki, 25 yaşlı hücumçu bu məqsədlə Zaqrebə yollanıb. O, yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.

Artıq klub bununla bağlı təqdimat videosu yayaraq, "Yenidən xoş gəldin" yazıb. Videodan belə məlum olur ki, Emreli “Dinamo”da 11 nömrəli formanı geyinəcək. Polşanın “Legiya” klubu isə onunla müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlayıb.

Qeyd edək ki, “Dinamo Zaqreb” klubu Xorvatiyanın ən titullu klubu sayılır. “Göylər” 22 dəfə ölkə çempionu, 16 dəfə kubokun sahibi olub. Paytaxt təmsilçisi bu mövsüm avrokuboklarda mübarizəyə UEFA Çempionlar Liqasından başlayıb və III təsnifat mərhələsində Mahir Emrelinin sabiq klubu Polşanın “Legiya” komandasını iki oyunun yekununda üstələməyi bacarıb - 1:1, 1:0. Lakin pley-off mərhələsində Moldovanın “Şerif” klubu “Dinamo”nu 3:0, 0:0 hesablarla yenib. Nəticədə Xorvatiya klubu mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirib. Bu turnirdə isə H qrupunda 10 xalla 2-ci yeri tutan kollektiv səkkizdəbir finalda İspaniyanın “Sevilya” klubuna rəqib olub. “Dinamo” ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla