Valyuta məzənnəsi
Xəbər lentİ

Komandirlər ilə təlim toplanışları keçirilib

14:35, 17.01.22
azerbaycan, siyaset
Komandirlər ilə təlim toplanışları keçirilib

Bölük komandirləri ilə təlim toplanışları keçirilib.

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən, hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberpress.az-a bildiriblər ki, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.

Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla