Valyuta məzənnəsi
Xəbər lentİ

Pandemiyadan gəlir əldə edən milyarderlərin sərvəti iki dəfədən çox artıb

13:29, 17.01.22
azerbaycan, dunya
Pandemiyadan gəlir əldə edən milyarderlərin sərvəti iki dəfədən çox artıb

COVID-19 pandemiyası zamanı dünyanın 10 ən zəngin adamının sərvəti iki dəfədən çox artıb.

Dünyanın 10 ən zəngin adamı COVID-19 pandemiyası zamanı sərvətlərini ikiqat artırarkən bəşəriyyətin 99 faizinin gəliri azalıb.

Xeberpress.az “Euronews”a istinadla xəbər verir ki, qlobal yoxsulluğun azaldılmasına diqqət yetirən xeyriyyə təşkilatı “Oxfam” Davosda keçirilən Dünya İqtisadi Forumu ərəfəsində qeyri-bərabərliyə dair hesabatını açıqlayıb.

“Oxfam”a görə, pandemiyanın başladığı 2020-ci ilin martından bəri dünyanın 10 ən varlı adamının, o cümlədən Elon Mask, Ceff Bezos və Bill Qeytsin sərvəti iki dəfədən çox artaraq 1,5 trilyon dollara çatıb. Bu göstərici onları dünyanın ən yoxsul 3,1 milyard insanından altı dəfə zəngin edir.

Koronavirus pandemiyasının milyarderlərin xeyrinə olduğunu bildirən “Oxfam”ın icraçı direktoru Qabriela Buçer səhmlərinin artması sayəsində super zənginlərin sayının artdığını da vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla