Yükləmə gedir gözləyin...
Dağlıq ərazilərdə avtonəqliyyatın təhlükəsiz hərəkəti təmin olunur
Yağıntılı hava şəraiti ilə bağlı avtomobil yollarındakı vəziyyət haqqında məlumat.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 17-nə hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberpress.az-a bildirilib ki, ölkənin dağlıq ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yolları nəzarət altındadır.
Dağlıq və dağətəyi ərazilərdə qarın yağması müşahidə olunmasa da, şaxtalı hava şəraiti hökm sürür. Bu səbəbdən səhər saatlarından avtomobil yollarında buzlaşmaya qarşı tədbirlər görülür, qum-duz qarışığı səpilərək avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.
Dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə edən sürücülərdən xahiş olunur ki, idarə etdikləri nəqliyyat vasitəsini qış fəslinə uyğun təchiz etsinlər. Əks halda görülən tədbirlərə rəğmən həmin nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranacaq.
Oxşar xəbərlər: