Valyuta məzənnəsi
Xəbər lentİ

COVID-19 pasportu olmayan 152 nəfər şənliklərə buraxılmayıb

12:09, 17.01.22
azerbaycan, cemiyyet
COVID-19 pasportu olmayan 152 nəfər şənliklərə buraxılmayıb

Bakıda və respublikanın digər ərazilərində 683 toy şənliyinin monitorinqi aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 15-16-da Bakıda və respublikanın digər ərazisində 683 toy şənliyinin monitorinqini aparıblar.

Xeberpress.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər 675 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Bir nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib.

COVID-19 pasportu olmadığına görə 152 nəfər şənliklərə buraxılmayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla