Valyuta məzənnəsi
Xəbər lentİ

Bu ərazilərə qar yağıb

10:45, 17.01.22
azerbaycan, cemiyyet
Bu ərazilərə qar yağıb

Hava yağıntılı olub, Sumqayıt və Bakıda sulu qar yağıb.

Yanvarın 17-si saat 10:00-a olan məlumata əsasən, cənub və şərq rayonlarında hava yağıntılı olub, sulu qar, qar, Sumqayıt və Bakıda sulu qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xeberpress.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lerikdə 15, Qubada 14, Astarada 8, Şabran, Ordubadda 6, Ləzə, Xaltan, Altıağacda 5, Yardımlı, Qusar, Xaçmazda 4, Lənkəranda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 2, Maştağa, Bakıda 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30, Ləzədə 21, Qubada 20, Lerikdə 19, Qrızda 15, Sarıbaşda (Qax) 14, Şabran, Xaltan, Altıağacda 12, Şahbuzda 8, Daşkəsəndə 6, Göygöl, Qusar, Naxçıvanda 5, Xınalıqda 1 santimetr təşkil edib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1-2° isti, Aran rayonlarında 1-4° şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, Naxçıvan Muxtar Respublikasında 14°-dək şaxta olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla