Valyuta məzənnəsi
Xəbər lentİ

Deputat Aqil Abbasın polis rəisi oğluna töhmət verildi

11:11, 17.01.22
azerbaycan, hadise
Deputat Aqil Abbasın polis rəisi oğluna töhmət verildi

Millət vəkili Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

Xeberpress.az "Qafqazinfo"ya istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, onlarda bu barədə məlumat yoxdur.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla