Valyuta məzənnəsi
Xəbər lentİ

FHN əməkdaşları intihara cəhdin qarşısını alıblar

11:31, 17.01.22
azerbaycan, cemiyyet
FHN əməkdaşları intihara cəhdin qarşısını alıblar

Ötən sutka ərzində 30 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 30 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Xeberpress.az-ın məlumatına görə, FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində dörd nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən bir nəfər xilas olunub. Həmçinin Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasındakı mənzildə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsində zamanı evdə olan iki nəfər müxtəlif xəsarətlər alıb.

Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla