Yükləmə gedir gözləyin...
21 yaşlı Pərvanə Məmmədova AXTARILIR!
Nəsimi rayon sakini 21 yaşlı Pərvanə Məmmədova axtarılır.
Xeberpress.az bildirir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Onun əlamətləri belədir: Boyu 175 sm., orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər: