Valyuta məzənnəsi
Xəbər lentİ

Sıx və əlaqəli əməkdaşlıq korrupsiya ilə mübarizədə əsas şərtlərdəndir - Vüsal Quliyev

12:11, 16.01.22
azerbaycan, cemiyyet
Sıx və əlaqəli əməkdaşlıq korrupsiya ilə mübarizədə əsas şərtlərdəndir - Vüsal Quliyev

Korrupsiyaya qarşı birgə mübarizə aparmaq üçün ictimai şuraların bir çətir altında toplanması vacibdir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi və bu məsələnin təşviqi ilə bağlı üzərimizə böyük məsuliyyət düşür. Korrupsiyaya qarşı birgə mübarizə aparmaq üçün ictimai şuraların bir çətir altında toplanması vacibdir. Hər hansı təşkilat ictimai şurada təmsil olunmaqla ictimai nəzarəti həyata keçirə bilməz. Fərdi yanaşma olmalıdır.

Xeberpress.az bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev söyləyib.

Qeyri-hökumət təşkilatlarının ölkədə korrupsiyaya qarşı mübarizədə həmişə fəal olduqlarını diqqətə çatdıran V. Quliyev bu fəallığın daha da artırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, sıx və əlaqəli əməkdaşlıq korrupsiya ilə mübarizədə əsas şərtlərdəndir.

Agentliyinin Müşahidə Şurasının sədr müavini bu məsələdə QHT təmsilçilərinin təşəbbüs və təkliflərinin nəzərə alınacağını da bildirərək deyib: “QHT təmsilçilərinin təklifləri götür-qoy ediləcək və lazımi qərar veriləcək. Təkliflərin işlənib hazırlanması üçün işçi qrupun yaradılması da nəzərdə tutulur. Elə məsələlər var ki, onları hüquqi əsas olmadan həll etmək mümkün deyil”.

Vüsal Quliyev ictimai şuraların, QHT-lərin özlərinin də fəaliyyətində müəyyən problemlərin və çatışmazlıqların olduğunu qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla