Valyuta məzənnəsi
Xəbər lentİ

Nazir Fərid Qayıbov cüdo yarışlarını izlədi

12:04, 16.01.22
azerbaycan, idman
Nazir Fərid Qayıbov cüdo yarışlarını izlədi

Gənclər və idman naziri Fərid Qayıbov cüdo yarışlarını izləyib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.

ACF-nin mətbuat xidmətindən Xeberpress.az-a bildiriblər ki, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kiloqram çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov nazirə qarşıdakı yarışlar, planlar və tədbirlər barədə məlumat veriblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla