Valyuta məzənnəsi
Xəbər lentİ

Gənclər və İdman Nazirliyi ilə MAG-ın birgə "Azərbaycan deyəndə" layihəsinin təqdimatı

11:23, 14.07.21
azerbaycan, cemiyyet
Gənclər və İdman Nazirliyi ilə MAG-ın birgə "Azərbaycan deyəndə" layihəsinin təqdimatı

"Azərbaycan deyəndə" layihəsinin təqdimatı keçirilib.

İyulun 12-də Gənclər və İdman Nazirliyi və MAG (Müasir Azərbaycan Gənci) verilişinin birgə təşkilatçılığı ilə "Azərbaycan deyəndə" layihəsinin təqdimatı keçirilib.

Xeberpress.az bildirir ki, tədbirin əvvəlində Dövlət Himnimiz səsləndirilib və torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, “Azərbaycan deyəndə” layihəsinin əsas hədəfi Azərbaycan həqiqətlərinin, tariximizin, mədəni irsimizin və ölkəmizin uğurlarının beynəlxalq aləmdə təbliğində gənclərin fəal iştirakına şərait yaratmaqdır.

Layihə çərçivəsində gənclərə sosial mediada işləmək sahəsində müvafiq biliklərin verilməsi və digər tədbirlərin reallaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edən İntiqam Babayev sonda hamını bu prosesdə fəal iştirak etməyə dəvət edib.

Gənclər və İdman Nazirliyi ilə MAG-ın birgə "Azərbaycan deyəndə" layihəsinin təqdimatı
Gənclər və İdman Nazirliyi ilə MAG-ın birgə "Azərbaycan deyəndə" layihəsinin təqdimatı
Gənclər və İdman Nazirliyi ilə MAG-ın birgə "Azərbaycan deyəndə" layihəsinin təqdimatı
Gənclər və İdman Nazirliyi ilə MAG-ın birgə "Azərbaycan deyəndə" layihəsinin təqdimatı
Gənclər və İdman Nazirliyi ilə MAG-ın birgə "Azərbaycan deyəndə" layihəsinin təqdimatı

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla