Valyuta məzənnəsi
Xəbər lentİ

FHN-nin əməkdaşları 1-i azyaşlı olmaqla, 3 nəfəri xilas edib

11:31, 12.07.21
azerbaycan, hadise
FHN-nin əməkdaşları 1-i azyaşlı olmaqla, 3 nəfəri xilas edib

FHN-nin əməkdaşları ötən sutka ərzində 1-i azyaşlı olmaqla, 3 nəfəri xilas ediblər.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 90 yanğına çıxış, 2 nəqliyyat qəzası, 1 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Xeberpress.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə ötən sutka ərzində 1-i azyaşlı olmaqla, 3 nəfər, o cümlədən avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb.

Həmçinin iyulun 8-də Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla