Valyuta məzənnəsi
Xəbər lentİ

“Saytların dil mənzərəsi”nin faktları və həlli yollarının müzakirəsi

11:33, 09.07.21
azerbaycan, medeniyyet
“Saytların dil mənzərəsi”nin faktları və həlli yollarının müzakirəsi

“Saytların dil mənzərəsi” mövzusunda tədbir təşkil edilib.

İyulun 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib.

Xeberpress.az xəbər verir ki, tədbirdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva keçən dövr ərzində Azərbaycan dilinin saflığının qorunması və dilimizin düzgün tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirildiyini qeyd edib. O diqqətə çatdırıb ki, altmışdan artıq saytın dili ilə bağlı aparılan monitorinqin nəticələrinin əks olduğu hesabatda beş mindən artıq dil faktı aşkarlanıb.

Tədbirdə çıxış edənlər saytların dil mənzərəsini əks etdirən hesabatın nəticələrinə münasibət bildirərək, internet resurslarında ana dilinin tətbiqi ilə bağlı yaranan problemlərə toxunub, onların aradan qaldırılmasının həlli yolları barədə fikirlərini bölüşüblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla