Valyuta məzənnəsi
Xəbər lentİ

Düşmən ordusunun hərbçiləri bir-birini qırır

12:19, 08.07.21
azerbaycan, dunya
Düşmən ordusunun hərbçiləri bir-birini qırır

Ermənistan ordusunun Gorus rayonunda yerləşən hərbi hissələrinin birində hərbi qulluqçular arasında kütləvi dava olub.

Xeberpress.az düşmən KİV-lərinin xəbərinə əsasən, yayılan məlumatlarda spirtli içki qəbul edən bir neçə hərbi qulluqçu arasında axşam saatlarında başlayan mübahisənin sonradan kütləvi davaya çevrildiyi bildirilib. Davaya hərbi qulluqçu Narik Abelyanın xidmət yoldaşlarına qarşı nalayiq hərəkətləri səbəb olub.

Dava nəticəsində bir neçə hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Q.Avetisyan soyadlı hərbçi isə hospitala yerləşdirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla