Valyuta məzənnəsi
Xəbər lentİ

Çoxmərtəbəli binada yanğın baş verib

11:49, 08.07.21
azerbaycan, hadise
Çoxmərtəbəli binada yanğın baş verib

Nərimanov rayonunda çoxmərtəbəli binada yerləşən evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının 19-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.

Xeberpress.az-ın məlumatına görə, FHN-dən bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğının olduğu əraziyə cəlb edilib.

Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq söndürülüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla