Valyuta məzənnəsi
Xəbər lentİ

Naxçıvanda fiziki imkanları məhdud və aztəminatlı qadınlara dəstək

11:33, 07.07.21
azerbaycan, bolge
Naxçıvanda fiziki imkanları məhdud və aztəminatlı qadınlara dəstək

Naxçıvanda fiziki imkanları məhdud və aztəminatlı ailələrdən olan 20 qadına sərmayə kapitalı veriləcək.

Naxçıvanda biznes planlaşdırılması üzrə keçirilən “Sahibkar ol!” təlimində muxtar respublika üzrə iştirak edən 28 nəfər fiziki imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınların 20 nəfərinə sərmayə kapitalının verilməsi nəzərdə tutulub.

Xeberpress.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, sərmayə kapitalı Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” ilə bağlı reallaşdırılan “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” adlı layihə çərçivəsində veriləcək.

Qeyd edək ki, ötən ay layihə çərçivəsində sərmayə kapitalı verilmiş qadınlardan 5-nin təsərrüfat sahəsində monitorinq keçirilib. Bundan başqa, Babək rayonunda yaşayan fiziki imkanları məhdud və aztəminatlı ailənin üzvü olan qadınlar üçün toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı keçirilən təlimdə 15 aztəminatlı ailə üzvü, 10 fiziki imkanları məhdud və Babək rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin müvafiq dərnək rəhbərləri olan 4 qadın iştirak edib. Özünüməşğulluğunu təmin etmiş sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 7 qadının əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunub.

Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına ötən ay 274 uşaq haqqında fərdi məlumatlar daxil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar tədrisə cəlb edilmiş 6 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 1 müəssisədə monitorinq, Ordubad rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı rəhbər şəxslərinin iştirakı ilə maarifləndirici seminar keçirilib. Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 4 uşaq müəssisəsində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşağın evində monitorinq aparılıb.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 41 uşağa, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinin uşaqları olmaqla, ümumilikdə, 15 sağlamlıq imkanları məhdud uşağa, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə şəhid və qazi övladları ilə keçirilən görüşdə isə 69 şəhid və qazi övladına hədiyyələr təqdim olunub. Ötən ay 1 aztəminatlı ailəyə ehtiyaclarına uyğun köməklik göstərilib, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla