Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan-Ermənistan sərhəd zolağında yanğın

09:27, 07.07.21
azerbaycan, hadise
Azərbaycan-Ermənistan sərhəd zolağında yanğın

Azərbaycan-Ermənistan sərhəd zolağında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə iyulun 6-da axşam saatlarında Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Xeberpress.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın Ermənistan Respublikası ərazisində başlayıb və Azərbaycan Respublikasının ərazisinə keçib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində Qazax rayonunun Aslanbəyli və Qaymaqlı kəndləri ərazisinə (quru ot və kol-kos olan açıq ərazilər) keçən yanğınların geniş əraziyə yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilir, yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla