Valyuta məzənnəsi
Xəbər lentİ

Xəzər dənizindəki yanğınla bağlı FHN-in məlumatı

09:19, 05.07.21
azerbaycan, hadise
Xəzər dənizindəki yanğınla bağlı FHN-in məlumatı

Xəzər dənizində baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İyulun 4-də axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb.

Xeberpress.az bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edilir ki, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla