Valyuta məzənnəsi
Xəbər lentİ

Hamısını məhkəməyə verəcəm - Aparıcı Lətafət

11:57, 30.06.21
azerbaycan, maqazin
Hamısını məhkəməyə verəcəm - Aparıcı Lətafət

"Hamısını məhkəməyə verəcəm"

"İki gündür bu paylaşımlar başlayıb. İllər əvvəl belə sual olmuşdu. Mən də cavab vermişdim ki, hamı da olub, məndə də olur. Niyə bunu 2 il sonra yayıblar, anlaya bilmirəm".
Xeberpress.az bildirir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova deyib. Son günlər "Bəzi məmurlar mənə seks hədəfi kimi baxır. Onların təklifini rədd etdiyim üçün bütün qapıları üzümə bağlayırlar. Adlarını çəksəm, yer yerindən oynayar. Bəzi telekanalları üzümə bağlayıblar" açıqlaması ilə gündəmə gələn Lətafət dediklərini inkar edib.

O bildirib ki, iki il əvvəlki müsahibələrinin birində bunla bağlı suala ötəri cavab verib:

"Bu cür cavab verməmişəm, ötəri reaksiya bildirdim. İki gündür "şok, şok" yazıb yayırlar. Bilmirəm niyə. Jurnalist "Gözəl xanımsınız, həyatınızda kimsənin olmaması mümkünsüz olar" sualını verdi. Mənə də hər bir sahədə çalışan bəylərdən təkliflər gələ bilər. Buna izin vermirəm. İndi isə sözlərimi demədiyim formada yayıblar. O vaxt fikir vermədim, indi belə olmayacaq. Bunu yayanları məhkəməyə verəcəm".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla