Valyuta məzənnəsi
Xəbər lentİ

Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilər

11:57, 29.06.21
azerbaycan, dunya
Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilər

ABŞ-ın sabiq prezidenti Donald Tramp 2021-ci ilin yanvarında vəzifədən gedəndən sonra ilk dəfə öz tərəfdarları ilə mitinq keçirib.

Xeberpress.az xəbər verir ki, Ohayo ştatının Vellinqton şəhərində “Amerika xilas edəcəyik” şüarı altında keçirilmiş mitinqə çıxış edən Tramp ABŞ-ın fəaliyyətdə olan prezidenti Co Baydenin immiqrasiya siyasətini kəsin tənqid edib.

Tramp bildirib ki, 2020-ci ilin noyabrında keçirilmiş prezident seçkilərinin yekunları saxtalaşdırılıb və bu səbəbdən onu ikinci müddətə seçməyiblər. O, eyhamla bildirib ki, hələ üçüncü dəfə də prezident vəzifəsinə namizədliyini irəli sürə bilər.

Tramp deyib: “Biz seçkilərdə iki dəfə qalib gəlmişik və ola bilsin, bunu üçüncü dəfə də etməli olacağıq”. Lakin növbəti prezident seçkilərində Trampın iştirakı onun üzləşdiyi hüquqi problemlərin necə həll ediləcəyindən asılıdır. Manhetten dairə prokurorunun ofisində Trampın vəkillərinə bildiriblər ki, orada Trampın biznesi ilə bağlı cinayət işi qaldırılmasının mümkünlüyü məsələsi nəzərdən keçirilir.

Tramp həmin mitinqdə ABŞ-Meksika sərhədində immiqrantların sayının artması mövzusuna da toxunub. O deyib ki, ölkəyə milyonlarla insan gəlir və hakimiyyət orqanları bu adamların kim olması barədə heç bir məlumata malik deyildirlər, çünki immiqrantlar sərhəddən çox asanlıqla keçirlər. Bayden Administrasiyasında Trampın yürütdüyü immiqrasiya siyasətini qeyri-insani siyasət adlandırıblar.

Tramp öz tərəfdarlarına vəd edib ki, onun baxışlarına uyğun Amerikanı qaytaracaq. O deyib: “Biz Konqresi özümüzə qaytaracağıq, Amerikanı özümüzə qaytaracağıq və bunu tezliklə edəcəyik”.

Hazırda Demokratlar Partiyası hər iki palatada minimal say üstünlüyünə malikdir, lakin 2022-ci il seçkiləri hər şeyi dəyişə bilər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla