Valyuta məzənnəsi
Xəbər lentİ

Ordumuzda briqada komanda-qərargah təlimi keçirilir

09:26, 24.06.21
azerbaycan, iqtisadiyyat
Ordumuzda briqada komanda-qərargah təlimi keçirilir

Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir.

Müdafiə nazirinin təsdiq etdiyi qoşunların 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimləri keçirilir.

Xeberpress.az-ıın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimə cəlb olunan birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilir, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunur.

Təlimin hər mərhələsində döyüşə hazırolma dərəcəsinin yüksəldilməsi nəzərə alınmaqla qoşunların və idarəetmə orqanlarının tətbiqi nəzərdə tutulur, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla