Valyuta məzənnəsi
Xəbər lentİ

Elxan Məmmədov İsveçrə FA-nın prezidenti ilə görüşüb

11:33, 21.06.21
azerbaycan, idman
Elxan Məmmədov İsveçrə FA-nın prezidenti ilə görüşüb

AFFA-nın icraçı vitse-prezidenti İsveçrə Futbol Assosiasiyasının prezidenti ilə görüşüb.

Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla İsveçrə Futbol Assosiasiyasının (İFA) prezidenti Dominik Blank arasında görüş keçirilib.

Xeberpress.az bildirir ki, görüşdə “Avro-2020”nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb, AFFA və İFA arasında əməkdaşlıqla bağlı müzakirələr olub.

Xatırladaq ki, İsveçrə milli komandası “Avro-2020”nin A qrupu çərçivəsində 2 oyununu Bakı Olimpiya Stadionunda keçirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla