Valyuta məzənnəsi
Xəbər lentİ

Bayden Ərdoğanla S-400-ü müzakirə edəcək

12:59, 14.06.21
azerbaycan, dunya
Bayden Ərdoğanla S-400-ü müzakirə edəcək

Cozef Bayden NATO sammitində Rəcəb Tayyib Ərdoğanla S-400 məsələsini müzakirə edəcək.

ABŞ lideri Cozef Bayden NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu ölkədə yerləşdirilən S-400 zenit-raket komplekslərini müzakirə edəcək.

Xeberpress.az xəbər verir ki, bu barədə Cozef Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib. Prezident köməkçisinin sözlərinə görə, Cozef Bayden Türkiyə lideri ilə danışıqlarda Ankaranın Moskva və Pekinlə münasibətlərinə də toxunmaq niyyətindədir.

“Prezidentlər ikitərəfli münasibətlərdə yaranan məsələləri, Suriya, Liviya və Şərqi Aralıq dənizi də daxil olmaqla bir sıra vacib regional problemləri müzakirə edəcəklər. Onların böyük dövlətlər - Çin və Rusiya ilə bağlı problemlər barədə də məsləhətləşmə imkanları olacaq”, - deyə Ceyk Sallivan bildirib.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib.

Rusiyanın hava hücumundan ən yeni müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri 2019-cu il iyulun ortalarından Türkiyəyə çatdırılmağa başlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla