Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

"Günəşli"də itkin düşən neftçinin cəsədi tapılıb

14:36, 11.11.16
azerbaycan, hadise
"Günəşli"də itkin düşən neftçinin cəsədi tapılıb

Xəzərdə itmiş şəxsin meyidi tapılıb və şəxsiyyəti təsdiqlənib.

Xeberpress.az xəbər verir ki, "BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, "Dərinsulu Günəşli" platformasının yaxınlığında dəniz dibindən insan cəsədi çıxarılıb.

Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Meyidin "Dərinsulu Günəşli" platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan "KCA Deutag" tərəfindən təsdiq olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla