Valyuta məzənnəsi
Xəbər lentİ

Boşanmaq istəyən Bill Qeyts, hələ də üzüyünü çıxartmadı

12:04, 22.05.21
azerbaycan, maqazin
Boşanmaq istəyən Bill Qeyts, hələ də üzüyünü çıxartmadı

Boşanmağa hazırlaşan Bill Qeyts, hələ də üzüyünü çıxartmayıb.

“Microsoft” şirkətinin sahibi Bill Qeyts həyat yoldaşı Melinda Qeytsdən boşanmaq qərarı alsa da, nişan üzüyünü hələ də barmağından çıxarmayıb.

Xeberpress.az xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.

Çərşənbə günü Bill Qeyts ABŞ Ticarət Palatası üçün video konfransda iştirak edib. O, çıxışı zamanı tez-tez barmağındakı nişan üzüyünü nümayiş etdirib.

Qeyd edək ki, 27 il evli olan cütlüyün 3 övladı var. Boşanmaya səbəb isə Billin keçmiş sevgilisi Ann Uinbladın olduğu deyilir. Milyarder evli olduğu ərəfədə də tez-tez Ann ilə görüşüb. Hətta onların hərdən biznesmenin sahillərdən birində yerləşən evində qaldıqları bildirilib.

65 yaşlı iş adamı təzminat olaraq isə Melinda Qeytsə şirkətinin 1,8 milyard dollar dəyərindəki hissəsini verib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla