Valyuta məzənnəsi
Xəbər lentİ

Samira Əfəndi "Avroviziya -2021"in finalına yüksəlib

10:53, 19.05.21
azerbaycan, maqazin
Samira Əfəndi "Avroviziya -2021"in finalına yüksəlib

Azərbaycanlı müğənni Samira Əfəndi "Avroviziya -2021"in finalına seçilib.

Niderland Krallığının Rotterdam şəhərində "Avroviziya -2021" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Xeberpress.az xəbər verir ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib. Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış ediblər.

Birinci yarımfinaldan finala Norveç, İsrail, Rusiya, Azərbaycan, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri vəsiqə qazanıblar.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla