Valyuta məzənnəsi
Xəbər lentİ

Gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb

11:06, 14.05.21
azerbaycan, siyaset
Gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.

Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xeberpress.az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla