Valyuta məzənnəsi
Xəbər lentİ

Həccə gedənlərdən koronavirus sığortası tələbi

12:51, 04.05.21
azerbaycan, cemiyyet
Həccə gedənlərdən koronavirus sığortası tələbi

Həccə getmək üçün koronavirus sığortası tələb olunacaq.

Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq.

Xeberpress.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı hökumətinin qərarında deyilir.

Tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır.

Qeyd edək ki, ötən həftə sonu Səudiyyə Ərəbistanı sərhədləri açdığını və öz vətəndaşlarının səyahət məhdudiyyətlərini aradan qaldırdığını elan etmişdi.

Bu il Həcc ziyarəti iyulun ikinci yarısı olacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla