Valyuta məzənnəsi
Xəbər lentİ

Bayden ABŞ-a qaçqınların qəbulunu artırıb

12:38, 04.05.21
azerbaycan, dunya
Bayden ABŞ-a qaçqınların qəbulunu artırıb

Prezident Bayden ABŞ-a qaçqınların qəbulunun limitini 62.500 nəfərədək artırıb.

ABŞ Prezidenti Co Bayden bəyan edib ki, onun administrasiyası öz siyasətinə yenidən baxacaq və qaçqınların qəbulu limitini daha əvvəl elan edilən hədəfə - 2021-ci maliyyə ilində 62.500 nəfərə və 2022-ci maliyyə ilində 125 min nəfərə qaldıracaq.

Xeberpress.az Prezidentin Ağ evin mətbuat xidməti tərəfindən yaydığı bəyanatına istinadla xəbər verir ki, bu qərar əvvəlki administrasiya tərəfindən müəyyən edilən 15 min nəfərdən ibarət tarixi minimumu kənarlaşdıracaq. Onun sözlərinə görə əvvəlki limit qaçqınları qəbul edən və dəstəkləyən Amerikaya xas olan dəyərləri əks etdirmir. Qaçqınların Qeydiyyatı və Paylaşdırılması üzrə Mərkəzin məlumatına görə, Birləşmiş Ştatlar 31 mart tarixinə olan vəziyyətə görə cari il ərzində cəmi 2050 qaçqın qəbul ediblər.

Həmçinin vurğulanıb ki, növbəti ildən başlayaraq, ABŞ ildə 125 min qaçqın qəbul etmək niyyətindədir. Amerikalı lider bu limiti artıq oktyabr ayında başlayacaq növbəti maliyyə ilində müəyyən etmək niyyətindədir.

Xatırladaq ki, cari maliyyə ili üçün 15 min nəfərlik kvota ABŞ-ın sabiq Prezidenti Donald Tramp tərəfindən müəyyən edilib. Bu, 1980-ci ildən bəri ən aşağı göstərici idi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla