Valyuta məzənnəsi
Xəbər lentİ

Mədəniyyət Nazirliyində yeni TƏYİNAT

13:08, 03.05.21
azerbaycan, medeniyyet
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT

Mədəniyyət Nazirliyində kadr təyinatları olub.

Xeberpress.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bəxtiyar Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub.

1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xarici turizm şurasında statistik üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gəclər, İdman və Turizm, Mədəniyyət və Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

İqtisad üzrə fəlsəfə doktorudur.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Nazir Anar Kərimovun digər əmrinə əsasən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.

Şahin Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (bakalavr), 2008-ci ildə Bakı Dövlət Universitetinin (magistr) “Tarix” fakültəsini fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olub.

2019-cu ildən, həmçinin Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. Dörd elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır.

Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla