Valyuta məzənnəsi
Xəbər lentİ

Daha görüntülü də danışmaq olacaq.

11:34, 23.12.15
azerbaycan, texnologiya
Daha görüntülü də danışmaq olacaq.

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp" daha bir yeniliyə imza atamağa hazırlaşır. EVERYTİME.AZ-ın məlumatına görə, bu barədə alman saytı olan "Macerkopf" məlumat yayıb.

Səsli danışıqdan sonra ani mesajlaşma sistemi olan "Whatsapp" istifadəçiləri görüntülü danışa biləcəklər.

2014-cü ildə 22 milyard dollara "Facebook"un satın aldığı "WhatsApp" bir-birinin ardınca yeniliklər etməkdən çəkinmir. Sahibi dəyişdikdən sonra bu sistemə bir çox yeniliklər gətirilib. Ən əsası isə mesajların oxunduğunu göstərən qoşa mavi xətt, dizayn dəyişikliyi, səsli danışıq ə sairədir.
Görüntülü danışıq funksiyası ilk olaraq "WhatsApp" 2.12.16.2 versiyalarında istifadəyə veriləcək.

Səsli danışıq "Whatsapp"a xas bir yenilik deyil. Eyni funksiya bir müddət öncə "Facebook Messenger" tərəfindən də işə salınmışdı.
"Whatsapp" bu yeniliyini bu ilin aprel ayından işə salıb. Funksiya problemli olsa da fəaliyyət göstərir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla