Valyuta məzənnəsi
Xəbər lentİ

Qubadlının 3 milyon kvadratmetri minalardan təmizlənib

12:22, 29.04.21
azerbaycan, bolge
Qubadlının 3 milyon kvadratmetri minalardan təmizlənib

Qubadlının 3 milyon kvadratmetrdən çox ərazisi minalardan təmizlənib.

Bu günə kimi Qubadlıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərsun" şirkətinin sifarişi ilə 3 milyon 167 min kvadratmetr ərazi təmizlənib.

Xeberpress.az bildirir ki, bunu Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov deyib.

Onun sözlərinə görə, Qubadlıda yarımstansiyanın tikiləcəyi yer minalardan təmizlənib. Sözügedən sahə 24 min kvadratmetr ərazini əhatə edir:

""Azərenerji"nin müraciəti əsasında Qubadlı rayonunun girişində yarımstansiyanın inşası üçün 24 min kvadratmetr ərazi minalardan təmizlənib. Əlavə olaraq burada “Azərişıq” ASC-nin müraciəti ilə işıq xəttinin çəkilməsi üçün 39 min kvadratmetr ərazi ANAMA tərəfindən təmizlənib”.

Qeyd edək ki, Qubadlı rayonu ərazisində dekabr ayının 14-dən minatəmizləmə əməliyyatlarına start verilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla