Valyuta məzənnəsi
Xəbər lentİ

Binəqədidə yanğın zamanı 12 sakin təxliyə edilib

10:45, 29.04.21
azerbaycan, hadise
Binəqədidə yanğın zamanı 12 sakin təxliyə edilib

Binəqədi rayonundakı yaşayış binasında yanğın zamanı 12 sakin təxliyə olunub.

Paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 kvadratmetr sahədə və elektrik kabeli 3,5 poqonmetr yanıb.

Xeberpress.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanğın zamanı 5-i azyaşlı olmaqla 12 bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla