Valyuta məzənnəsi
Xəbər lentİ

Gimnastımız Avropa çempionatında finala yüksəldi

11:32, 23.04.21
azerbaycan, idman
Gimnastımız Avropa çempionatında finala yüksəldi

Azərbaycan gimnastı İvan Tixonov Avropa çempionatında çoxnövçülükdə finala yüksəlib.

Gimnastımız İvan Tixonov İsveçrənin Bazel şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında çoxnövçülükdə finala yüksəlib.

Xeberpress.az xəbər verir ki, çempionatın ikinci günündə kişi gimnastlar arasında təsnifat yarışları keçirilib. Azərbaycanı Ağamurad Qəhrəmanov, İvan Tixonov və Nikita Simonov təmsil ediblər.

Uğurla çıxış edən İ.Tixonov çoxnövçülük proqramı üzrə finala yüksəlib. Onun altı hərəkət üzrə ümumi nəticəsi 81,432 xal olub.

Daha əvvəl qadınların yarışında gimnastımız Marina Nekrasova dayaqlı tullanma proqramında Avropa çempionatının finalına çıxıb.

Aprelin 25-dək davam edəcək qitə birinciliyində 38 ölkədən 268 idmançı iştirak edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla