Valyuta məzənnəsi
Xəbər lentİ

Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb

10:51, 10.11.16
azerbaycan, bolge
Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb

Daşkəsəndə 9 noyabr - Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb.

Xeberpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, icra başçısının bu addımı sosial şəbəkələrdə müxtəlif baxışlardan şərh edilib.

Amma ən maraqlı olan odur ki, Ə.Abıyev Ermənistan adı ilə sındırdığı bayraq Kolumbiya bayrağı olub. Rəngləri bir-birinə tam uyğun olan bu iki ölkənin bayrağı yalnız həmin rənglərin sıralanmasına görə fərqlənir. İcra başçısı isə bunun fərqində olmayıb.

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Ermənistan bayrağı ilə Kolumbiya bayrağının dəyişik salınması halı baş verib.

Əhəd Abıyev isə deyilənlərlə razılaşmır. O, report-a açıqlamasında Daşkəsən rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən tədbirdə şiferdən hazırlanmış bayrağın Ermənistan bayrağı olmasına əmindir: "Həmin bayraq Kolumbiyanın bayrağı deyildi". İcra başçısı bildirib ki, həmin bayrağı N saylı hərbi hissə hazırlayıb: "Sındırılan Ermənistan bayrağını Kolumbiya bayrağı kimi təqdim edənlər erməni dəyirmanına su tökürlər. Bu insanlara görə işğal olunmuş ərazilərimizi azad edə bilmirik. Kolumbiya bayrağı ilə Ermənistan bayrağını necə səhv salmaq olar?! Sadəcə, Ermənistan bayrağı tərs tutulub. Məncə, düz ediblər. Həmin bayrağı əks etdirən lövhəni hərbçilər ayaq altına atıb, qıracaqdılar. Dedim, "saxlayın, özüm qırım". Elə bir yumruqla lövhəni sındırdım. Özüm Qarabağ veteranıyam, o bayrağı qıranda ermənilərin vəhşilikləri gözüm önünə gəldi".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla