Valyuta məzənnəsi
Xəbər lentİ

Nazir Ağcabədi, Beyləqan və İmişli sakinlərini onlayn qəbul edəcək

11:38, 22.04.21
azerbaycan, bolge
Nazir Ağcabədi, Beyləqan və İmişli sakinlərini onlayn qəbul edəcək

Təhsil naziri Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

Təhsil naziri Emin Əmrullayev aprelin 29-u saat 15:00-da Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

Xeberpress.az bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeyd olunan rayon sakinləri aprelin 22-dən 27-dək (saat 18:00-dək) Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır. Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı yaradılacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək. Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla