Valyuta məzənnəsi
Xəbər lentİ

Zelenski erməni əsilli iş adamına qarşı sanksiya tətbiq edib

10:45, 22.04.21
azerbaycan, dunya
Zelenski erməni əsilli iş adamına qarşı sanksiya tətbiq edib

Vladimir Zelenski tanınmış erməni əsilli iş adamına qarşı sanksiya tətbiq edib.

Ukrayna Prezidenti Vladimir Zelenski 13 ölkə vətəndaşına qarşı qaçaqmalçılığa görə sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.

Xeberpress.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qərar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sonuncu iclasında qəbul edilib. Fərman Ukrayna Prezidenti Ofisinin rəsmi saytında aprelin 21-də dərc edildiyindən həmin gündən qüvvəyə minib.

Sanksiya tətbiq edilən Ukrayna vətəndaşları arasında tanınmış erməni əsilli iş adamı Tiqran Melkonyan da var. O, Odessadan olan iş adamıdır. Onun rəhbəri olduğu “Skaylayn” şirkəti barədə hələ 2018-ci ildə Livandan qaçaqmal yolu ilə siqaret daşımasına görə cinayət işi açılıb. Bir neçə il ərzində Tiqran Melkonyan qaçaqmalçılıq cinayəti üzrə təqib olunub.

Sanksiya 3 il müddətində qüvvədə olacaq. Sanksiyaya məruz qalan iş adamlarının aktivləri dondurulacaq, ticarət əməliyyatları tamamilə dayandırılacaq, Ukraynadan kapitalın çıxarılmasının qarşısı alınacaq, dövlət əmlakının özəlləşdirilməsi, qiymətli kağızlarla əməliyyatları qadağan ediləcək.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə gün öncə tanınmış erməni əsilli iş adamı Araik Amirxanyanın da Ukrayna vətəndaşlığını ləğv edən fərman imzalamışdı. Araik Amirxanyan korrupsiya və qaçaqmalçılıq qalmaqalında günahlandırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla