Valyuta məzənnəsi
Xəbər lentİ

Etirazçılar Paşinyanı Mehri şəhərindən qovdular

12:41, 21.04.21
azerbaycan, dunya
Etirazçılar Paşinyanı Mehri şəhərindən qovdular

Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib.

Erməni KİV-lərinin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan yüzlərlə sakinin qatıldığı etiraz aksiyasından sonra ölkənin cənubunda yerləşən Zəngəzur vilayətinin Mehri şəhərini tərk edib.

Nikol Paşinyanın regiona səfərinə etiraz edən aksiya iştirakçıları şəhərin mərkəzinə toplaşıb və yolları bağlayıb. Onlar Baş naziri satqınlıqda təqsirləndirən şüarlar səsləndirib və Azərbaycan qarşısında kapitulyasiyada ittiham ediblər. Etirazçılarla aksiyanın qarşısını almağa çalışan polis arasında toqquşmalar baş verib.

Bundan sonra etirazçılar Nikol Paşinyanı Mehri şəhərinə girməyə qoymayıb. Baş nazir şəhərin küçələrini gəzməyi planlaşdırsa da, aksiya iştirakçıları onun yolunu kəsərək hökumət əleyhinə şüarlar səsləndirib. Bunda sonra Nikol Paşinyan avtomobilinə əyləşərək şəhəri tərk etməyək məcburiyyətində qalıb.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatdan sonra Nikol Paşinyana və Ermənistan hökumətinə qarşı etiraz aksiyaları başlayıb. Müxalifət məğlubiyyətin məsuliyyətini Baş nazir Nikol Paşinyanın üzərinə qoymağa çalışır.

Etirazçılar Paşinyanı Mehri şəhərindən qovdular

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla