Valyuta məzənnəsi
Xəbər lentİ

FHN 4-ü azyaşlı olmaqla, 8 nəfəri xilas edib

11:30, 21.04.21
azerbaycan, hadise
FHN 4-ü azyaşlı olmaqla, 8 nəfəri xilas edib

Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 30 halda yanğına çıxış və 9 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Xeberpress.az-ın məlumatına görə, FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, 2 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla