Valyuta məzənnəsi
Xəbər lentİ
 16:43  Sabahın HAVASI
 15:46  Sabahın HAVASI

Azərbaycan və Türkiyənin müdafiə nazirləri “Qış təlimi-2021”-i izləyib

16:25, 11.02.21
azerbaycan, siyaset
Azərbaycan və Türkiyənin müdafiə nazirləri “Qış təlimi-2021”-i izləyib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri “Qış təlimi-2021” birgə təlimlərini izləyiblər.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın, Türkiyə Silahlı Qüvvələrinin komanda heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Ali müşahidəçi günü” keçirilib.

Xeberpress.az xəbər verir ki, əvvəlcə təlimlərin Baş Qərargahında iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib.

Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, qalın qarlı və kəskin şaxtalı sahədə qardan düzəldilmiş sığınacaqlara baxış keçiriblər.

Qeyd edək ki, Türkiyə telekanalları uğurla davam edən təlimlərdən canlı görüntülər yayıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla