Valyuta məzənnəsi
Xəbər lentİ
 16:43  Sabahın HAVASI
 15:46  Sabahın HAVASI

Azərbaycanla Naxçıvan arasındakı dəhliz Ermənistanın da marağındadır

16:07, 11.02.21
azerbaycan, siyaset
Azərbaycanla Naxçıvan arasındakı dəhliz Ermənistanın da marağındadır

Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi hərbi qələbədə əsas rol oynayıb.

Xeberpress.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko Bakıda ziyalı və jurnalistlərlə görüşü zamanı deyib.

O qeyd edib ki, Şuşa şəhərinin nəzarət altına alınması Dağlıq Qarabağdakı hərbi əməliyyatların dönüş nöqtəsi oldu:

"Bu müharibəni pilotsuz uçuş aparatları deyil, xalq uddu və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi hərbi qələbədə əsas rol oynadı".

Ekspertin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ölkənin iqtisadi inkişafında yeni nailiyyətlərə gətirib çıxaracaq.

Regionda nəqliyyat əlaqələrinin inkişafı mövzusuna toxunan İ.Korotçenko vurğulayıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması təkcə Azərbaycanın deyil, həm də Ermənistanın marağındadır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla