Valyuta məzənnəsi
Xəbər lentİ
 16:43  Sabahın HAVASI
 15:46  Sabahın HAVASI

Səlimlə səhər danışmışam, həbs edilməyib - Sabiq nazirin atası

14:44, 03.02.21
azerbaycan, cemiyyet
Səlimlə səhər danışmışam, həbs edilməyib - Sabiq nazirin atası

Sabiq nazir Səlim Müslümov həbs olunub?

Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və bu barədə S.Müslümovun yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb. Məlumatda bildirilir ki, sabiq nazir sürücüsü və yaxın qohumu ilə birlikdə saxlanılıb.

Xeberpress.az xəbər verir ki, bununla bağlı açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.

O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıb bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla