Valyuta məzənnəsi
Xəbər lentİ

DİM-in məsul şəxslərə müraciəti

12:07, 26.09.20
azerbaycan, medeniyyet
DİM-in məsul şəxslərə müraciəti

DİM doktoranturaya və dissertanturaya qəbul üzrə məsul şəxslərə müraciət edib.

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının doktoranturaya və dissertanturaya qəbul üzrə məsul şəxslərinə müraciət edib.

Xeberpress.az xəbər verir ki, DİM-dən bildirilib ki, doktorantura və dissertanturaya sənədlərin qəbulu başa çatdıqdan sonra 5 (beş) gün ərzində sənəd verən namizədlər haqqında məlumat müəssisə və təşkilatın rəhbərinin imzası və qurumun möhürü ilə təsdiqlənmiş halda göndərilməlidir. Məsul şəxslərdən xahiş olunur ki, məlumat DİM-ə Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi, 1M ünvanına, həmçinin məlumatın elektron variantını nümunədəki (yüklə) Excel faylı şəklində DİM-in doktorantura@dim.gov.az elektron poçt ünvanına göndərsinlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla