Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan Prezidentinin BMT-dəki çıxışı İran saytında

10:38, 26.09.20
azerbaycan, siyaset
Azərbaycan Prezidentinin BMT-dəki çıxışı İran saytında

İranın rəsmi xəbər agentliyi olan İRNA-nın saytında Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı barədə informasiya dərc olunub.

Xeberpress.az xəbər verir ki, yazıda Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqe nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmadığını və bundan sonra da olmayacağını qeyd edib, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar və beynəlxalq hüquq normalarını kobud şəkildə pozması barədə sessiya iştirakçılarına məlumat verib.

Ermənistanın törətdiyi cinayətlərdən danışan Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyəti rəsmi Yerevana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla