Valyuta məzənnəsi
Xəbər lentİ

İlham Əliyevin çıxışı BMT-də xüsusi xəbər kimi

11:55, 25.09.20
azerbaycan, siyaset
İlham Əliyevin çıxışı BMT-də xüsusi xəbər kimi

BMT-nin informasiya portalı Prezident İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında çıxışını xüsusi xəbər kimi yayıb.

BMT-nin informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını xüsusi xəbər kimi yayıb.

Xeberpress.az xəbər verir ki, “Azərbaycan Prezidenti Baş Assambleyada: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır” sərlövhəli informasiyada dövlətimizin başçısının Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, həmçinin Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət kimi inkişafı ilə bağlı fikirləri yer alıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin çıxışının BMT-nin informasiya portalında xüsusi xəbər kimi verilməsi dövlətimizin başçısının çıxışının əhəmiyyətinin, aktuallığının və cənab İlham Əliyevin dünyada siyasi nüfuzu və çəkisinin əyani göstəricisidir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla