Valyuta məzənnəsi
Xəbər lentİ

Gömrük Komitəsi növbəti mobil tətbiqini istifadəyə verəcək

11:34, 25.09.20
azerbaycan, cemiyyet
Gömrük Komitəsi növbəti mobil tətbiqini istifadəyə verəcək

Gömrük Komitəsi növbəti mobil tətbiqini istifadəyə verəcək.

Tezliklə Gömrük Komitəsi “Sadələşdirilmiş bəyannamə - sərnişin” elektron tətbiqini istifadəyə verəcək.

Xeberpress.az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Katibliyinin rəisi Anar Süleymanov deyib.

O bildirib ki, 305 nömrəli qərar əsasən iki problemi tənzimləyir. Bunlardan birincisi beynəlxalq poçt göndərişləri, ikincisi isə sərnişin bəyannaməsi ilə bağlıdır. Yaxın zamanda təqdim ediləcək yeni tətbiq gömrük sərhədini fiziki keçən sərnişinlər üçün nəzərdə tutulub.

A.Süleymanov deyib ki, hazırda sərnişinlərin üzərində bəyan ediləsi mallar olduqda bəyannamənin verilməsi veb formatda həyata keçirilir. Növbəti mərhələdə isə bunun mobil formatda elektron tətbiqi istifadəyə veriləcək və sərnişinlər gömrük əməkdaşları ilə təmas qurmadan üzərindəki bəyan edilməli malları mobil telefonları vasitəsilə qeyd edə biləcəklər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla