Valyuta məzənnəsi
Xəbər lentİ

Dövlət Gömrük Komitəsinin "Smart customs" elektron tətbiqi

11:55, 24.09.20
azerbaycan, iqtisadiyyat
Dövlət Gömrük Komitəsinin "Smart customs" elektron tətbiqi

Dövlət Gömrük Komitəsi "Smart customs" elektron tətbiqini istifadəyə verir.

Xeberpress.az xəbər verir ki, bu tətbiq vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlər artıq gömrük orqanına gəlmədən, əlavə vaxt itkisinə məruz qalmadan birbaşa yaşadığı ünvandan sahibinə çatdırılacaq. Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən hazırlanaraq tətbiq edilən layihə mobil və veb formatda fəaliyyət göstərəcək. Bu yenilikdən faydalanmaq üçün şəxslərin mobil telefonuna və ya kompüterin yüklədiyi "Smart customs" tətbiqi vasitəsilə asan loqinlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması kifayətdir.

Sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limiti keçdiyi zaman əvvəlcədən müvafiq gömrük ödənişləri elektron qaydada həyata keçirildiyi təqdirdə gömrük orqanına getməyə də ehtiyac yoxdur. Belə ki, bağlama maneəsiz olaraq birbaşa qeyd olunan ünvana çatdırılacaq.

Bütün prosesləri internetə çıxışı olan istənilən məkanda kompüter və ya mobil telefon üzərindən həyata keçirmək mümkündür.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla