Valyuta məzənnəsi
Xəbər lentİ

Gömrükçülər külli miqdarda siqaret keçirənləri saxlayıb

11:33, 23.09.20
azerbaycan, hadise
Gömrükçülər külli miqdarda siqaret keçirənləri saxlayıb

Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirənlər saxlanıldı.

Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Xeberpress.az xəbər verir ki, Dövlət Gömrük Xidmətindən verilən məlumatda bildirilir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2200 ədəd "Marlboro Edge" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla