Valyuta məzənnəsi
Xəbər lentİ

Təlim-müsabiqədə iştirak etmək istəyən jurnalistlərin nəzərinə

12:31, 22.09.20
azerbaycan, cemiyyet
Təlim-müsabiqədə iştirak etmək istəyən jurnalistlərin nəzərinə

Jurnalistikanın inkişafını stimullaşdıracaq təlim-müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə.

Xeberpress.az bildirir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün elan etdiyi təlim-müsabiqədə iştirak etmək istəyən dəyərli həmkarlarımız bu link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

Təlim-müsabiqə sahəvi jurnalistikanın inkişafını stimullaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Məlumat üçün qeyd edək ki, təlimlərdə iştirak hüququ qazananlar (25 nəfər), təlim proqramını uğurla başa vurduqdan sonra “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti – inkişafın işıq surəti” mövzusunda yazı müsabiqəsi mərhələsinə buraxılır.

Müsabiqə mərhələsində yazıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən cəlb edilmiş müstəqil ekspertlər tərəfindən həyata keçiriləcək. Elan olunan mövzuda 3 (üç) əsas mükafatçı müəyyən ediləcək və birinci yer 1000 manat, ikinci yer 700 manat, üçüncü yer 500 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla